Türkiyənin "Adana Dəmirspor" klubundan ayrılan Edin Rustemoviç Azərbaycandan təklif alıb. Fanat.Az xəbər verir ki, bu barədə bosniya və herseqovinal? futbolçu özü məlumat verib.
25 yaşlı yarımmüdafiəçi bildirib ki, Azərbaycanla yanaşı, Qazaxıstan və Bosniya və Herseqovina klublarından da təklif alıb: "Artıq neçə vaxtdı Bosniya və Herseqovinanın bir neçə klubu ilə danışıqlar aparıram. Amma Azərbaycan və Qazaxıstandan iki əla təklif almışam. Bu təkliflər mənim üçün çox cəlbedicidi. Həftənin sonunadək karyeramı harada davam etdirəcəyimlə bağlı qərar verəcəm. Seçim etmək çətin olacaq. Amma ölkə xaricinə üz tutacağım daha real görünür”.
Qeyd edək ki, Edin Rustemoviç cari mövsümün ilk yarısında "Adana Dəmirspor"un heyətində cəmi 3 oyuna çıxaraq 270 dəqiqə oynayıb. O, əvvəllər vətənində "Drina”, "Sarayevo”, Serbiyada OFK və "Sinceliç” klublarında çıxış edib.
Fanat.Az