Azərbaycan Premyer Liqası son 10 ildə Avropa ölkələrinin milli çempionatları arasında ən böyük sıçrayışa nail olan birinciliklərindən biridi. Fanat.Az xəbər verir ki, çempionatımız 10 il ərzində 16 pillə irəliləyib.
UEFA Avropa ölkələrinin milli çempionatlarının yeni reytinq cədvəlini açıqlayıb. 2008-ci ildə 42-ci olan Premyer Liqa indi 26-cı pillədə qərarlaşıb.
Azərbaycanla yanaşı, Qazaxıstan Premyer Liqası da 16 pillə irəliləyib. Ən yaxşı nəticəyə 21 pillə irəliləyən Belarus çempionatına məxsusdu.
Ən böyük geriləmə Litva çempionatına məxsusdu. Bu ölkənin birinciliyi 33-cü pillədən 48-ci yerə düşüb. Litva çempionatı hətta 2009-cu ildə 29-cu pilləy yüksəlmişdi.
Şotlandiya çempionatı 10-cu pillədən 23-cü yerə düşüb. Bunun əsas səbəbi ölkənin ən titullu klubu "Reyncers"in 2012-ci ildə müflis elan edilərək aşağı liqaya göndərilməsi olub.
Fanat.Az