"Spartak”ın sabiq müdafiəçisi Dmitri Ananko Moskva təmsilçisinin təlim-məşq toplanışı çərçivəsində "Astana”ya qarşı keçirdiyi yoxlama görüşünü dəyərləndirib.
Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva təmsilçisinin keçmiş məşqçisi söhbət əsnasında Azərbaycan klubları barədə də qısa fikir bildirib. Belə ki, o, Qazaxıstan komandalarının Azərbaycan klubları kimi, inkişafda olduğunu bildirib: "Başa düşmək lazımdı ki, "Astana” hazırkı Qazaxıstan çempionu və avrokubokların iştirakçısıdı. Yəni rəqib səviyyəli komanda idi. Hər kəs görür ki, Qazaxıstan komandaları Azərbaycan klubları kimi, son illər inkişafdadılar və avrokuboklarda uğurlu çıxış edirlər”.
Qeyd edək ki, "Spartak” "Astana”ya 2:3 hesabı ilə uduzub.
Fanat.Az