Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ” bu gün növbəti sınaq matçına çıxıb. Fanat.Az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri hazırlığın ikinci mərhələsində ilk yoxlama görüşünü keçirib.
Birinci mərhələdə Türkiyənin "Akhisar Bələdiyəspor” (1:1) və İsveçrənin "Sürix” (0:1) klubları ilə oynayan "qırmızı-qaralar" bu dəfə Makedoniyanın "Rabotniçki” klubu ilə üz-üzə gəlib. Hesabı makedoniyalılar açsa da, Asif Məmmədov hissənin son dəqiqəsində vurduğu qolla hesaba tarazlıq gətirib. Baqali Dabo isə son nöqtəni qoyub - 2:1.
Yoxlama oyunu
24 yanvar
"Qəbələ” (Azərbaycan) – "Rabotniçki” (Makedoniya) - 2:1
Qollar: Asif Məmmədov, 45, Dabo, 54 - Serjio, 39
Qloriya məşq meydançaları
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 28. Stiven Monroz, 19. Filip Ozobiç, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov
Fanat.Az