Antalyada təlim-məşq toplanışında olan "Neftçi” bu gün iki yoxlama oyunu keçirib. Fanat.Az xəbər verir ki, Tərlan Əhmədov əvvəlcə yetrmələrini Rumıniya təmsilçisi "Konkordiya” ilə oyunda sınayıb.
Qarşılaşma rumınların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Daha sonra bakılılar Bolqarıstan "Slaviya”sı qarşılaşıb. Bakı vaxtıyla saat 18:00-da start götürən görüşdə də "ağ-qaralar" qol vurmadan uduzub - 0:1.
Qeyd edək ki, "Neftçi” Antalya toplanışı çərçivəsində çıxdığı ilk yoxlama matçında "SKA-Xabarovsk”a (Rusiya) 1:8 hesabı ilə məğlub olub.
25 yanvar
Neftçi (Azərbaycan) - Konkordiya (Rumıniya) 0:1
Qol: Marian Kristesku, 54.
Neftçi: Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Fərid Abbaslı, Kirill Petrov, İlkin Qırtımov, Elçin Əsədov, Roşdi Aşente, Emin Mahmudov (k), İqnasio Errera, Ednan Muniz, İqor Sikorski.
Ehtiyat oyunçular: Rəşad Əzizli, Ruslan Abışov, Anton Krivotsyuk, Rəşad Sadiqov, Derlis Meza Kolli, Elnur Süleymanov, Rəhman Hacıyev, Fransisko Qarsia, Mirabdulla Abbasov.
Neftçi (Azərbaycan) - Slaviya (Bolqarıstan) 0:1

Fanat.Az