"Keşlə” rəhbərliyi əvəzedicidə oynayan 2 futbolçunu aldadıb.
Fanat.Az xəbər verir ki, bu ay əsas komandayla müqavilə bağlamaq həvəsiylə 2017-ci ilin sentyabrından Bakı təmsilçisinin "dubl”unda havayı oynayan gənclər elitadan kənarda qalıb. Yuri Maksimovun gəlişi klub idarəçilərini çətin vəziyyətdə qoyub. Nəticədə Bakı təmsilçisinin üzvləri əvəzedicilər üçün nəzərdə tutulan sözləşmələrə qol çəkib.
Fanat.Az