Türkiyədə təlim-məşq toplanışında olan "Kəpəz” bu gün ikinci yoxlama görüşünə çıxıb. Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisi Cənubi Koreya klubu ilə üz-üzə gəlib.
Yunis Hüseynov yetirmələrini "Daejeon Citizen” komandası ilə matçda sınayıb. Qarşılaşma "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Kəpəz” ilk yoxlama matçında Rumıniya klubu "Vitorul”la qollu bərabərliyə (1:1) imza atmışdı.
Fanat.Az