12:25 28.01.2018 1712

"Qəbələ" - "Arsenal" oyununda 6 qol - VİDEO

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” növbəti yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, hazırlıq prosesində 4-cü sınağına çıxan komanda Rusiyanın "Arsenal” klubu ilə üz-üzə gəlib.

"Qırmızı-qaralar” Tula təmsilçisi ilə görüşə aşağıdakı start heyəti ilə başlayıb: Dmitri Bezotosnı, Qismət Alıyev, Vojislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, Asif Məmmədov, Cavid Hüseynov, Stiven Monroz, Filip Ozobiç, Baqali Dabo, Ruslan Qurbanov.

Qarşılıqlı hücumlar şəraitində keçən oyun məhsuldar alınıb. Xüsusilə də 5 qolun vurulduğu ilk yarı bu baxımdan diqqət çəkib. Rusiya təmsilçisi artıq 4-cü dəqiqədə hesabı açıb. Kantemir Berxamov erkən qolla şimallıları sevindirib. Az keçməmiş Filip Ozobiç divar paslaşmasından sonra gözəl zərbə ilə hesabda tarazlıq yaradıb. Qoldan sonra da tərəflər hücumlara ara verməyib və "Arsenal”ın künc zərbəsi biri Kantemirin yenidən fərqlənməsi ilə nəticələnib. "Qırmızı-qaralar” bu qolun da cavabını çox gözlətməyib. Stiven Monroz "doqquzluğ”a ünvanlandığı gözəl zərbə ilə yenidən tarazlığı bərpa edib. Fasilə ərəfəsində het-trikini rəsmiləşdirən Kantemir "Arsenal”ı yenidən önə çıxarıb.

Fasilədə və oyunun gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. "Qəbələ”də Təmkin Xəlilzadə, Dion Malone, Elvin Məmmədov, Famussa Kone, İlqar Qurbanov və Rasim Ramaldanov meydana çıxıb. İlk yarı məhsuldarlığı ilə diqqət çəkmişdisə, ikinci hissə nisbətən sakit məcrada davam edib. Amma tulalıların bir neçə dəfə kobudluğa yol verməsi də diqqət çəkib. Şimallılar qırmızı vərəqə və penalti ilə də cəzalanıb. Lakin Təmkin Xəlilzadə 11 metrlik nöqtədən fərqlənə bilməyib. Amma rəqibin daha bir kobudluğu təhlükəli cərimə zərbəsi ilə nəticələnib. Zərbədən sonra topa toxunan Vitali Vernidub matçda son nöqtəni qoyub – 3:3.

Beləliklə, bunadək Türkiyənin "Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin "Sürix” (0:1) və Makedoniyanın "Rabotniçki” (2:1) klubları ilə görüşən "Qəbələ” ikinci heç-heçəsinə imza atıb.

Qəbələ (Azərbaycan) – Arsenal (Tula, Rusiya) 3:3
Qollar: Filip Ozobiç, 16, Stiven Monroz, 32, Vitali Vernidub, 83 - Kantemir Berxamov, 5, 28, 44

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

02 phrase_var_core.july 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 phrase_var_core.july 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

phrase_var_core.fb
X