Birinci Divizion təmsilçisi "Xəzər" mövsümün ikinci yarısına hazırlıq çərçivəsində növbəti transferini reallaşdırıb.
Fanat.Az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, mövsümün ilk yarısını Şimali Kiprin "Yeniboğaziçi" klubunda keçirən Nodar Məmmədovla mövsümün sonuna qədər müqavilə imzalanıb. "Şahdağ" futbol klubunun yetirməsi olan 30 yaşlı müdafiəçi müxtəlif illərdə "Qarabağ", MOİK, "Qəbələ", "Rəvan", "Sumqayıt" və "Xəzər Lənkəran"da oynayıb.
Fanat.Az