20:25 02.02.2018 1424

Vyana “Qarabağ”ının çalışdırıcısı: "Bu adın önəmini bilirik”

Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana"nın baş məşqçisi Volkan Kahraman Antalyada Azərbaycan Birinci Divizionunda çıxış edən "Xəzər”ə 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra müsahibə verib.


- Matçla bağlı nə deyə bilərsiniz?
- Biz də azərbaycanlılardan ibarət bir komanda olduğumuz üçün gözəl görüş alındı. Oyun təlim-məşq toplanışının son gününə təsadüf etdi, sabah gedirik. Rəqib çox gözəl, hücum futbolu oynadı. Biz də müdafiəni yaxşı saxladıq. Dostluq içərisində çox xoş bir matç keçdi.


- "Xəzər”in Azərbaycan çempionatın Birinci Divizionunda çıxış etdiyini bilirsiniz?
- Yüksək dəstədə?


- Xeyr, Birinci Divizionda...
- Ancaq deyəsən, I pillədədir.


- Komanda 8-ci sırada qərarlaşıb...
- Oradakı səviyyənin necə olduğunu bilmirik. Bizim də hədəfimiz 3-cü liqadan 2-yə çıxmaqdı. Hazırlıq dönəmində bu oyunları çox da ciddiyə almaq lazım deyil. Ehtimal ki, rəqib də çox çalışdı. Yükləmə olmuşdu. Hər iki komanda yaxşı futbol sərgilədi.


- Komandanızın azərbaycanlı futbolçusu Elvin Bədəlovun çıxışından razı qaldınız?
- Elvin bizim üçün önəmli bir futbolçudur. Çox yaxşı işlər görür. Dimtri Nağıyev də bizimlədi. O, ikinci hissədə meydana çıxdı. Hər ikisi gəncdi. Gələcəkdə bizə faydaları olacaq.


- Bundan sonra da "Qarabağ Vyana"da azərbaycanlı futbolçular görə bilərik?
- Əlbəttə, ola bilər. Biz azərbaycanlı, rusiyalı və ya braziliyalılara deyil, yaxşı futbolçulara baxırıq. Yaxşı oyunçulara qapımız hər zaman açıqdır. Təbii ki, rəhbərlik azərbaycanlılar olduğu üçün bu istiqamətə daha çox yönələ bilərik. Bizə uyğun olanları gördükdən sonra alacağıq.


- "Qarabağ Vyana" yarandığı gündən 2 liqa yüksəlib. Cari mövsümdə hədəf nədi?
- Hədəfimiz 3-cü liqada yerimizi qorumaqdır. Yeni qaydalar var. 2 və 3-cü liqada komandaların sayını artırırlar. İlk 3 yeri tutan yuxarı dəstəyə çıxa bilər. Belə bir vəziyyət varsa, biz niyə etməyək. Hazırda vəsiqə verən pillədən 4 xal geri qalırıq. Yaxşı vəziyyətdəyik, yaxşı transferlər etdik. Bu mövsüm 2-ci liqaya yüksələcəyimizə ümid edirik.


- Oyunlarınızda azərbaycanlı azarkeşlər sizə dəstək olurlar?
- Azarkeş məsələsindən o qədər də məmnun deyilik. Çox da gələn olmur. Biz böyüdükcə, onların da sayı artmağa başladı. Əlbəttə, bunun üçün yaxşı stadion, platforma lazımdır. Məncə, yavaş-yavaş bu iş də həllini tapacaq.


- "Qarabağ Vyana" olaraq Ağdamın "Qarabağ” komandasını özünüzə örnək götürürsünüz?
- Onları örnək alacaq durumda deyilik. Çünki səviyyə fərqi var. Ağdam "Qarabağ”ı çox böyük bir klubdu. Çempionlar Liqasında çıxış edirlər. Biz hələ hədəflərimizin başlanğıcındayıq. Amma təbii ki, bizim rəhbərliyimiz, klubumuz üçün qürurvericidir.


- Azərbaycanda sizin komandanın azarkeşləri çoxdur. Çünki "Qarabağ” adı bizim üçün çox önəmlidir. Bu ad sizə motivasiya verir?
- Təbii ki, biz də komandanın daşıdığı adın önəmini bilirik. Futbolçularımız da tarixindən, önəmindən xəbərdardırlar. Onsuz da biz bura yalnız pul qazanmaqdan ötrü gələn futbolcuları istəmirik. Qəlbi ilə klubla çalışacaq oyunçuları uyğun bilirik. Ona görə də çox yaxşı xarakterli futbolçularımız var.


- Komandanızdakı digər əcnəbilərə Qarabağ haqda bilgi verirsiniz?
- Əlbəttə, anladırıq. Qarabağın anlamını hər kəs bilir.

Mənbə:Sport24.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X