10:50 03.02.2018 1620

“Qarabağ Vyana”nın futbolçusu: “Qurbanovdan həmişə dəvət gözləyirəm”

"Oyunumuzdan razı qaldım. Çempionatımızı başlamasına hələ bir ay var. Ona görə də tam hazır deyilik. Matç normal keçdi. Şadam ki, qələbə qazandıq”.

Bunu Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana” futbol komandasının azərbaycanlı futbolçusu Elvin Bədəlov Türkiyənin Antalya bölgəsində Azərbaycan I Divizionunda çıxış edən "Xəzər” ə 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra deyib.

23 yaşlı müdafiəçi jurnalistlərin suallarını da cavablandırıb.

- "Qarabağ Vyana”da özünüzü necə hiss edirsiniz?
- Bilirsiniz ki, klubumuzun prezidenti azərbaycanlıdır. Komandanı özümüzünkü kimi hiss edirəm. Baş məşqçimiz də türkdür. Heç bir problem yoxdur. Özümü əla hiss edirəm, hər şey xoşuma gəlir.

- Adətən bizim futbolçular ölkə xaricinə çıxanda müəyyən bir müddətdən sonra qayıdırlar...
- Xeyr, qayıtmaq fikrim yoxdur. Əksinə, daha yaxşı çalışmaq və özümü Avropada göstərmək istəyirəm. Millimizə də düşmək istəyirəm.

- Qurban Qurbanovdan dəvət gözləyirsiniz?
- Əlbəttə, həmişə gözləyirəm. Niyə də gözləməyim? Gəlməyə, kömək etməyə həmişə hazıram.

- Çıxış etdiyiniz liqanın səviyyəsi necədir?
- Maraqlı liqadır. Burada daha çox fiziki, alman futboluna üstünlük verilir. 16 komandalı çempionatdır. "Rapid”in, "Austriya”nın ikinci komandası bu liqada mübarizə aparır. Bizim baş məşqçimiz bir az texniki futbolu xoşlayır. Ona görə də daha çox yerlə, ötürmələrlə oynayırıq. Hər şey yaxşı alınır. İnşallah, 1-ci liqaya çıxarıq.

- Komandanızda başqa bir azərbaycanlı futbolçu – Dimitri Nağıyev də oynayır. Onunla anlaşmanız necədir?
- Normal, mənimlə bir yerdə gəlib. U-21 millimizdə də çıxış etmişik. Bir yerdə qalırıq və birgə vaxt keçiririk.

- Oyunlarınıza azərbaycanlılar gəlir?
- Daha çox türklər və avstriyalılar gəlirlər. Azərbaycanlılar internetdə daha çox yazıb, maraqlanırlar.

- Burada əcnəbilərə Qarabağ haqda təbliğat aparırsınız?
- Özləri də soruşub, maraqlanırlar. Tarixi məlumatları öyrənirlər. Ağdam "Qarabağ”ının Çempionlar Liqasındakı oyununa birgə baxmışıq. Onların çox xoşuna gəlir. Şadıq ki, belə adımız var. Qarabağın adını tanıtmaq üçün əlimizdən gələni edirik.

- Klubda şərait necədir?
- Bazamız, bir süni, bir də təbii örtüklü meydançamız var. Premyer Liqadan geri qalmır.

- Sabiq komandanız "Neftçi”nin oyunlarını izləyirsiniz?
- Canlı izləyə bilməsəm də internetdə videoicmallara baxıram.

- Komandanın hazırkı durumundan xəbəriniz var?
- Bəli, təlim-məşq toplanışında idilər. Düzdür, yoxlama matçlarında qələbə qazanmadılar, amma problem deyil. Əsas odur ki, çempionatda uğurlu çıxış etsinlər. Tərlan Əhmədovun maraqlı futbol oynatdığını görmüşəm. Heyətdə yeni futbolçular da var. Yəqin yaxşı bir yer tutarlar.

- Azərbaycanda çıxış etdiyiniz dönəmi karyeranızda geriyə addım hesab etmirsiniz ki?
- Xeyr. Çünki Avropaya getdim, skautlar izləyir.

- Siz Ramil Şeydayevlə birgə çıxış etmisiniz?
- İkimiz də Rusiyanın "Zenit” klubunun akademiyasının yetirməsiyik. Sonra "Zenit”in ikinci komandasında 2 – 3 il birgə oynamışıq. Hazırda da bir-birimizlə əlaqə saxlayırıq. Rusiyada olanda mən də ona demişəm ki, Azərbaycana gəl. Yaxşı ki, gəldi və belə bir hücumçumuz var. ("Qafqazinfo”)

Fanat.Az

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X