Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt” bu gün son yoxlama görüşünü keçirib. Fanat.Az xəbər verir ki, "kimyaçılar” Serbiya təmsilçisi "Mladost”la üz-üzə gəlib.
Baş məşqçi Samir Abasovun yetirmələrinin bu görüşdə çalışdırıcını məyus ediblər. Hər hissədə 2 top buraxan Premyer Liqa klubu toplanışı böyükhesablı məğlubiyyətlə başa vurub – 0:4.
Qeyd edək ki, "Sumqayıt” buna qədər Antalyada keçirdiyi 3 görüşdə "Konkordiya” (Rumıniya - 0:1) və "Anji”yə (Rusiya - 0:1) uduzub, "Akademiya Pandev”lə (Makedoniya - 1:1) isə bərabərə qalıb.
3 fevral
Sumqayıt (Azərbaycan) - Mladost (Serbiya) 0:4
Qollar: Pavloviç, 20. Dimiç, 27. İvanoviç, 65. Zvrko, 90.
Sumqayıt: Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Vüqar Bəybalayev, Amil Yunanov, Cavid İmamverdiyev, Bəhlul Mustafazadə, Tural Axundov, Azər Salahlı, Rəşad Eyyubov, Ülvi İsgəndərov.
Fanat.Az