Antalyadan qayıdan "Qarabağ” Premyer Liqanın XV turunda "Qəbələ” ilə üz-üzə gələcək.
Fanat.Az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu matçın hazırlığına start verib. Ağdamlılar "Azərsun Arena”da bir araya gələrək, məşqləri bərpa edib.
Qeyd edək ki, fevralın 10-da keçiriləcək "Qarabağ” – "Qəbələ” matçı saat 19:00-da start götürəcək.
Fanat.Az