Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb. Fanat.Az xəbər verir ki, 1 həftə öncə insult keçirən mütəxəssis dünən ürəyində yaranan problemlə əlaqədar "Modern Hospital”ayerləşdirilib.
Hospitalda gözlənilmədən infarkt keçirən 59 yaşlı çalışdırıcı Mərkəzi Klinik Xəstəxanaya götürülüb və təcili əməliyyata alınıb. Onun ürəyinə 2 stend qoyulub.Böyükağa müəllimin müalicəsinin hansı istiqamətdə davam etdiriləcəyi bu gün keçiriləcək tibbi müayinələrdən sonra aydınlaşacaq. Hacıyevin əməliyyat xərclərini AFFA qarşılayıb.
Qeyd edək ki, Böyükağa Hacıyev 2012-ci ilin yayında "Neftçi”nin baş məşqçisi qismində Avroliqanın qrupuna yüksələrək ilkə imza atıb.
Fanat.Az