"Qarabağ”ın rəsmi feysbuk səhifəsində səhhəti pisləşdiyinə görə xəstəxanaya yerləşdirilən və ürəyindən əməliyyat olunan Böyükağa Hacıyevə diqqət ayrılıb. Fanat.Az çempion klubun səhifəsində yazılanları təqdim edir:
Allah şəfa versin,
Böyükağa Hacıyev!
"Neftçi”nin sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü
Böyükağa Hacıyev dünən səhhətində yaranan problemlərinə görə xəstəxanaya yerləşdirilib.
"Qarabağ” FK Böyükağa Hacıyeva Allahdan şəfa diləyir, tez
sağalmasını və Azərbaycan futboluna yenidən xidmət göstərməsini arzulayır.
Fanat.Az