14:15 10.02.2018 1453

Zaur Axundovun "kötəklənməsi" - YAZI

Oyun alqı-satqısı, danışılmış oyunlarla bağlı qalmaqal ortaya çıxanda Zaur Axundov qəhrəmana çevrilmişdi. "Keşlə”nin Müşahidə Şurasının sədri, Futzal Federasiyasının prezidenti, həmçinin AFFA İcraiyyə Komitəsinin üzvü olan bu adamın qılıncının dalı da kəsirdi, qabağı da.


 

Həmin günlərdə AFFA-nın baş katibi Elxan Məmmədov diplomatcasına davrandı. Burulğanın onu udmaması üçün sakit dayandı, seyr etdi və lazımi məqamda özünün deyil, AFFA-nın adından rəsmi açıqlamalar verməklə vəziyyəti idarə etdi. Və Axundova bir neçə jest edib, cinayətkarların təmizlənməsində maraqlı, onunla bir olduğunu göstərdi. Nizami Hacıyev, Mirhüseyn Seyidov və Ağakişi Mehdiyev ömürlük diskvalifikasiya olundu və bunun baiskarı kimi Axundov tarixə düşdü.


 

Bu, Məmmədovun çətin dönəmdə ağıl işlədərək vəziyyətdən çıxması, ilk qələbəsi idi. Və o, Zaur bəyə yaxınlıq göstərə-göstərə onu yuxuya verdi, olayları sakitləşdirdi, Mikayıl Nərimanoğluyla bağlı Gəncə olayının üstündən daha bir zərbə yemədi. İndi danışılmış oyunlar yaddan çıxıb.


 

Dünən isə Elxan bəy Zaur Axundovu diplomatcasına kötəklədi. Müsahibəsində elə ustaca fikirlər söylədi ki, Zaur bəyin səsini çıxarmağa heyi olmayacaq – heç cavab vermək üçün beyin potensialı da yoxdu. Baş katib bir adamın imicini 2 ayın içində göydən yerə çırpdı.


 

Məmmədov Axundovun cavabdeh olduğu futzal yığmasından danışarkən deyir: "Komandanın qarşısına əsas məqsəd qoyulmuşdu ki, çempionata vəsiqə qazansınlar, qazandılar. Sonrakı məqsəd qrupdan çıxmaq idi, bunun da öhdəsindən gəldilər. Bir sözlə, minimum tapşırığı yerinə yetirmiş oldular”.


 

Komandakı legioner bolluğu ilə bağlı sitata baxın: "Biz hər zaman çalışırıq ki, azərbaycanlı futbolçuların sayı çoxalsın. Son illərdə bir neçə gənc üzə çıxdı. Amma təbii ki, bu, kifayət deyil. Meydançada daha çox azərbaycanlı futbolçu olmalıdı. Görünür ki, braziliyalılar futzalda artıq hər yığmada təmsil olunurlar. Bu da ümumilikdə çox müsbət hal deyil. Bir mərhələ var ki, onların təcrübəsindən yararlanıb, yerliləri inkişaf etdirmək lazımdı”.


 

Görəsən, Axundovun bu sualı verməyə cəsarəti çatarmı – Elxan bəy, bəs sizin kuratoru olduğunuz qadın yığmalarında niyə eyni vəziyytədi? Bunu soruşacaq savadı yoxdu, ona görə də Elxan bəy "yükləməkdə”, Zaur bəyin məlum müsahibəsinə görə onu ittiham etməkdə davam edir: "Bu, çox emosional çıxış idi. Konstruktiv bir məsələ deyil. Onun sözündə məqsəd o idi ki, futzalda əsas işimiz nəticə göstərməkdi. Çünki futzalda final mərhələsində hər komanda nəticə qazanmaq istəyir. Amma bizim strategiyamız odu ki, hər seçmə mərhələdə daha çox azərbaycanlı futbolçu oynasın. Son illərdə qapıçımız Rövşən Hüseynlini xüsusilə qeyd etmək istəyirəm”.


 

Yəni ki, Axundov səhv edib, danışığını bilmir. Başqa mənası yoxdu. Məmmədov düz deyir, lakin fikrini imkan daxilində korrektəli sözlərlə çatdırır. Əsas odur ki, İK üzvünün danışığını bilmədiyini dedikləri ilə ifşa edir.


 

3-4 vəzifəni əldə saxlamaqla, kiminsə adamı olmaqla deyil, qoç döyüşündə qalib olmaq üçün ağıl lazımdı, Zaur bəy.

 

 

Mənbə: Futbolinfo.az

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X