Topaz Premyer Liqasının bombardiri zədələnib. Fanat.Az xəbər verir ki, "Qəbələ"nin forvardı Baqali Dabo sıradan çıxıb.
Fransalı futbolçu "Qarabağ"la matçın əvvəlində zədə alıb. Bu səbəbdən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk onu 12-ci dəqiqədə Famussa Kone ilə əvəzləyib.
Qeyd edək ki, Dabo cari mövsümdə 9 qol vurub və Premyer Liqanın bombardirlər yarışına başçılıq edir.
Fanat.Az