Türkiyənin "Milliyyet” qəzeti "ilin ən yaxşıları” mükafatına namizədləri açıqlayıb. Fanat.Az xəbər verir ki, 8 nominasiya üzrə keçiriləcək sorğuda "Qarabağ”a da səs veriləcək.
Belə ki, Azərbaycan çempionu səsvermə zamanı "ilin komandası” adına namizəddi. Premyer Liqamızın qalibi olmaqla yanaşı, Çempionlar Liqasının qrupuna düşən Ağdam təmsilçisinin futbol komandaları arasında 2 rəqibi var. Qurban Qurbanovun yetirmələri "Beşiktaş” və əlillərdən ibarət Türkiyə millisiylə mübarizə aparacaq. 64-cü dəfə təşkil edilən səsvermənin qaliblərinin adları aprel ayında açıqlanacaq.
Fanat.Az