18:01 15.02.2018 1724

Nail Kərimov: "Uşaqların sayı ildən-ilə azalır"

Qəbələdəki Futbol Akademiyasında bir çox göstəricilərinə görə Azərbaycanda ən yaxşısıdı. Hazırda bu akademiyanın yetirmələri elitanın müxtəlif klublarının şərəfini qoruyur. Dekabrın 23-də "Qəbələ"nin Futbol Akademiyasına yeni seçimlər aparıldı. Bütün bunlarla bağlı Akademiyanın direktoru Nail Kərimovla danışdıq.

Nail bəy sport7.az-a açıqlamasında həm seçim proseslərinə toxundu, həm də digər suallara cavab verib:

"Həmişəki kimi seçimlər yaxşı keçdi. Bu bir neçə hissədən ibarət olur. Açıq seçimlərdə kim istəsə iştirak edə bilər. Digəri isə seleksionerlərimizin təqdim etdiyi futbolçulardı. Onları bir qədər uzun müddət saxlayırıq komandalarla birgə məşqlərə çıxarırıq. Ümumilikdə hazırda 8 futbolçu təqdim olunub. O futbolçuların alınması üçün məşqçilərimiz çalışır. 2003, 2004, 2005 və 2006-cı il təvəllüdlü futbolçulardan söhbət gedir. Onlardan bir neçəsinin sənədləri alınıb. Səhv etmirəmsə, qalanlar 3 nəfərdi, onların da sənədləri ən gec halda, sabaha qədər rəsmiləşdiriləcək. Çünki həftəsonu oyunlar olacaq. Ümumilikdə qış transfer dönəmində akademiyaya 8 yeni futbolçu cəlb olunub".

Kərimov ildən-ilə uşaqların azaldığını vurğulayıb: "İldən ilə azalır. Bizim əsas seçim yerimiz regionlardı. Bakıdan heç özümüz də razı deyilik. Çünki onların əksəriyyəti bölgələrdə yaşayıb uyğunlaşa bilmirlər və geri qayıdırlar. Üstünlüyü regionlara veririk. Böyük futbolu olan bölgələrin təmsilçiləri azaldıqca uşaqların sayında da səngimə olur. Məsələn, əvvəl qərb bölgəsindən akademiyamıza 20-30 namizəd olurdusa indi 2 ya 3 nəfərdi. Bəzən heç bu da olmur. Həm də bizimkilərin səviyyəsi getdikcə yüksəlir. Belədə digər gələnlər rəqabətdə uduzurlar. Əvvəl Mingəçevir, Yevlax, Qazax, Ağstafa, Tovuz, Zaqatala və sair bölgələrdən bizə xeyli uşaq təqdim olunurdu. İndi nadir hallarda bir nəfər gələ ya gəlməyə. Hazırda seçdiklərimiz Bakı kəndlərindən gələnlərdi. Onların isə dördü Bakıdan, ikisi Sumqayıtdandı. 

Müqavilə bağlamadan, klublarından sənədlərini almazdan əvvəl, həmin uşaqlara ən azı 3-5 gün, bir həftə vaxt veririk ki, şəraitlə tanış olsunlar. Həm də özümüz vaxt qazanırıq. Elə hallar olub ki, bəzi uşaqlar valideynlərindən uzaqda, Qəbələdə qala bilmədikləri və getmək istədiklərini deyib. Biz də bunu anlayışla qarşılayıb, onları yola salmışıq. Amma hazırkı uşaqlar razılıqlarını bildiriblər. Bununla yanaşı onların meydançadan kənar və qavrama intizamının da yerində olub-olmadığını yoxlamışıq. Seçimlərdə futbolçu bizə istedadını, texnikasını və zəkasını göstərə bilər. Amma qavraması da çox vacib məqamdı. Öyrədilənləri götürə biləcəkmi? Bəzən görürsən ki, uşağın texnikası yüksəkdi, qüvvəlidi amma bir neçə gündən sonra məlum olur ki, qavrama qabiliyyəti zəifdi. Deyiləni götürmür? Bu da sonradan öyrədiləcək keyfiyyət deyil ki, məsələn bir ildən sonra öyrədə biləsən. Ona görədə məşqlərdə yoxlayırıq görək deyiləni nə dərəcədə dərk edir. Həm də meydandan kənardakı keyfiyyətlərini izləyirik, məşqçilərimizlə sıx əlaqədə oluruq. Elə uşaq olur ki, stedadlıdı, amma orta məktəbdə savadsızdı, davranışları düzgün deyil. Elə olub ki, uşağın qavrama qabiliyyəti ilə tədris prosesində tanış olmuşuq. Görmüşük bu cəhətdən zəifdi, göndərdmişik ki, bəlkə başqa sahələrdə özünü göstərə. Bu xüsusiyyətinə daha çox diqqət edirik. Ola bilər həmin anda dərslərini yaxşı oxumur. Amma qavraması yerindədisə düzəlmək imkanı var".

Akademiyanın direktoru sleksiyaçı məşqçilərlə bağlı müəyyən məlumatlar da verib: "Əlbəttə, bir seleksiya qrupumuz Bakıdadı, oyunları izləyir. Akademiya olaraq birinci divizion maraq dairəmizdə deyil. Amma əsas və əvəzedicilərin oyunlarında İsmayıl Əliyev iştirak edir. Məlumatları akademiya rəhbərliyinə təqdim edir. Haqqında danışdığı isə sırf Böyükağa Ağayevin rəhbərliyi altında olan seleksiyaçılardı. Bakıda, 5 cənub zonasında 1 seleksiyaçımız var. Şimal tərəflərdə, yəni, Sumqayıt, Quba, Qusar, həmçinin də, şimal-qərbdə, Gəncə, Qazax Tovuz zonalarında 1 məşqçimiz fəaliyyət göstərir. Bir nəfər də aran bölgəsindədi. Ağsu, İmişli rayonlarında keçirilən çempionatların oyunlarını izləyirlər. Ayda bir dəfə iclasları olur, Böyükağa müəllimə hesabatlarını təqdim edirlər. "Qəbələ"yə gəlməyə namizəd futbolçuların siyahısını hazırlayırlar. Böyükağa müəllimdə seleksiyaçılar tərəfindən təqdim olunan uşaqları iş başında görür, ildə iki dəfə, yay və qışda həmin uşaqlar Akademiyaya dəvət edilirlər. Proseslər bu cür davam edir".

Nail bəy Ronaldinyonun Akademiyası haqda son məlumatları da açıqladı: "Müsbət yöndədi. Artıq demək olar final mərhələsinə gəlib çatmışıq. Yaxın günlərdə inşşat işlərinin başlanması və proseslərlə bağlı açıqlama da veriləcək. Klub tərəfindən rəsmi açıqlama olacaq. Akademiya Bakıda yerləşəcək, bir növ kommersiya xarakteri daşıyacaq. Artıq harda tikləcəyi də məlumdu. Bu ayrı bir layihədi".

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

Facebookdan bizi izləməyi unutmayın.
X