16:34 16.02.2018 1911

Mazutlu qındı qazanı - YAZI

Nefti olan ölkənin nə neftçisi ayaqlar altında qalmalıdı, nə də "Neftçi”si. Heç qalmır da... Dövlətin ana gəlirindən danışırıqsa, uzun əsaslandırmaya lüzum yoxdu. Neftçilərimiz səbr, dözüm tələb edən peşənin qulpundan yapışdıqarına görə, yəqin, peşman deyillər. Ara-sıra ailələrini başsız qoyan qəzalar işin bəd tərəfidi. Evə çörəkpulu aparmaq boyda problemdən uzaq qalmaq isə 10 milyon əhalinin azı 70 faizindən yaxşı yaşamaq anlamındadı.

 

Əsrin əvvəllərində ucuz başa gəlsin deyə, neft fəhlələrinə böyük tiyanlarda qındı bişirirmişlər. İrandan, Turandan olan qazmaçılar bir çətən külfəti saxlamaq üçün mazut qoxulu yeməklə kəndir kəmərinin altını bərkidir, neft fontan vuranda həyatlarını itirə biləcəklərini anlaya-anlaya qazmağa davam edirmişlər. Şükür, bu gün neftçilərimizin həyatı insan həyatıdı.

 

Rus sümürgəçiliyi dönəmində SSRİ adlı imperiyanın samballı çempionatında Azərbaycanı təmsil edən "Neftçi”nin Kiyev "Dinamo”suyla danışığa gedərək aldığı "bürünc”ü çıxsaq, başqa uğuru olmayıb. "Filan oyunda "Spartak”ı belə udmuşdu”, "filan tarixdə "Ararat”a 3 top vurmuşdu” və buna bənzər xatirələr isə təsəlli qoxuludu. Uğuru Tiflis "Dinamo”su qazana bilirdi. Bizimkilər ən bərkgedən vaxtlarında necə deyərlər, "bərk qoz” imicindən o tərəfə keçə bilməyib.

Bakı təmsilçisinin yaranandan bəri ən böyük uğuru 2012-ci ilin yayında imza atdığı ilk idi. Aralarında Fanat.Az-ın əməkdaşları da olan bir qrup azərbaycanlı media mənsubunun canlı izlədiyi APOEL – "Neftçi” (1:3) görüşündən sonra ən yeni tarix başlamalıydı. Fəqət klub idarəçiləriylə "pul kisəsi” kəllə-kəlləyə gəldi. SOCAR-dan sallanan çömçə ağı qaraya, qaranı ağa qatdı. Rəhbərlik dəyişdi, meydan ütülü qaquliklərə verildi... Əlqərəz, başlamalı olan yüksəlişin başı naşı əllərlə əzildi. Nəyə can atdıqlarını özləri bilər. Bizim bildiyimiz budur ki, o dəyişikliklərdən sonra ölkənin ən yaşlı klubu altı mazutla yanan, qara hisi dadına, ağ unu pasına bulaşan qındı qazanından başqa heç nəyə bənzəmir. İçinə nə tökürsən, tök. Qındıdı ki, qındıdı.


İndi də baş məşqçi Tərlan Əhmədovu istəməyən və klubdan uzaqlaşdırmağa gücü və sözünün hökmü çatmayan Orxan Hüseynzadəni yola salıblar. AFFA-nın baş katibi Elxan Məmmədovun "Sumqayıt”dakı silahdaşı Kamran Quliyevi qındı qazanına qapaq gətirirlər. Bu sayda dəripapaq, savadlı kişilərin içindən biri də çıxıb demir ki, qardaş, yoldaş, müəllim, nə bilim ay filankəs, bu qapaq-qapaq oyunu deyil axı, klubdu. Başqa məntiqlə, lap belə qapaq-qapaq oyunudu. Qazanın ölçüsünü nəzər almaq necə? O qapaq altı mazutla qaynayan qındı qazanının "razmer”inə uyğundu ki?

 

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X