17:39 17.02.2018 1823

AFFA ilə ukraynalıların jurnalistlərə qoyduğu fərq

Səbuhi Tofiqoğlu

Yaxınlarda belə bir xəbər oxudum. Ukrayna Futbol Federasiyası Rusiyada keçiriləcək dünya çempionatına öz jurnalistlərini göndərməyəcək. Səbəb isə budur: yerli hökumət Ukraynaya düşmən olan Rusiyada öz jurnalistlərinin təhlükəsizliyinə görə məsuliyyət daşımaq istəmir.

Əslində, məntiqli və kifayət qədər başadüşülən addımdır. Düşünürəm ki, bu addımdan heç bir ukraynalı jurnalist inciməz.

Bu yerdə sizdə sual doğa bilər. Bəs ukraynalı jurnalist sərbəst şəkildə Rusiya ərazisinə gedib oyunları öz işlədiyi redaksiya üçün işıqlandıra bilməzmi? Cavab birmənalıdır: Yox!

Məsələ burasındadır ki, hər hansısa idman jurnalisti dünya çempionatına ezam oluna bilmək üçün mütləq yerli federasiyanın "qılınc”ından keçməlidir. Bu, FİFA-nın və Dünya Çempionatının Təşkilat Komitəsinin qoyduğu qanun-qaydalardır. Yəni, hər hansısa oyuna jurnalist kimi akkreditasiyadan keçmək üçün ilk növbədə yerli federasiyadan açar nömrəsi (key number) almaq gərəkir. Bu kod federasiya tərəfindən verilmədiyi halda, sənin mundiala jurnalist akkreditasiyası ilə getmək imkanın mümkünsüz olur. 

Yeri gəlmişkən, FİFA hər federasiyaya bəlli sayda akkreditasiyadan keçmək üçün kvota ayırır. Təbii ki, bu, ölkələrin adından da asılı olur. Məsələn, deyək ki, dünya çempionatının iştirakçısı Fransa və ya Almaniyaya 10-15 jurnalist yeri ayrılırsa, mundial iştirakçısı olmayan Azərbaycana 3 yer verilir. Yəni, AFFA-nın 3-dən artıq jurnalistə key number vermək imkanı yoxdur.

Düşünürəm ki, akkreditasiya proseduru haqda sizdə təəssürat formalaşdıra bildim. İndi keçirəm məsələnin əsas məğzinə. Çox təəssüf ki, Azərbaycanı bu il dünya çempionatında müstəqil jurnalist təmsil edə bilməyəcək. Niyəsi isə ondan ibarətdir ki, AFFA Azərbaycan üçün ayrılmış 3 yerə də öz namizədini verib. Hələ dekabrın 2-də akkreditasiya elanı veriləndə artıq AFFA öz adamlarına key number verərək onları qeydiyyatdan keçirib.

Müraciət edən jurnalistlər isə kənarda qalıb. Məndə olan bilgilərə görə, AFFA 2 jurnalist və 1 fotoqrafın adına key number ayırıb. Əslində mən özüm də inanmıram ki, qeydiyyatdan keçənlər jurnalistlərdir. Bəyəm azmı olubmu ki, Olimpiadalar üçün ayrılmış yerlərə jurnalistlər yox, tanış-tunuşlar gedib? Burda da həmin tanış-qohumbazlıq mexanizmi işə düşüb.

Hər halda belə olmasaydı, AFFA-nın yeni İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın bu qeydiyyatdan xəbəri olardı. O bizə dəfələrlə səbir etməyi, tezliklə müraciət edəcəyim sayt adından key number veriləcəyini bildirdi. Görünür, ora hansı jurnalistlərin getməsi məsələsi heç onun səviyyəsində yox, daha yuxarı müstəvidə həll olunub.

İstənilən halda, AFFA-nın bu addımı hər 4 ildən bir keçirilən mundiala getmək istəyən jurnalistin xəyallarının üstündən xətt çəkmək deməkdir. Niyə axı Rusiyada Azərbaycanı təmsil edəcək əsl media nümayəndəsi olmasın ki?! Niyə AFFA-nın ayırdığı "jurnalist” ora kefə getsin, amma biz burda yalnız televizor arxasından oyunu seyr etməklə kifayətlənək? Niyə axı, niyə? Biz jurnalistlərə niyə həmişə sonuncu "sort" təbəqə kimi yanaşılsın ki? Niyə də, niyə axı? Ukraynalı jurnalistləri başa düşdük, bəs bizim günahımız nədir ki, burnumuzun dibində olan bir ölkəyə, illərdir gözlədiyimiz bir turnirə media işçisi kimi gedə bilməyək?..

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X