21:56 17.02.2018 1866

Tərlan Əhmədov: "Biz xristian deyilik ki, sabahımızı söyüşlə açaq"

"Açığı, oyuna pis başlamamışdıq. Amma buraxdığımız səhvlər oyunun taleyini həll etdi. Mənə dedilər ki, "Sumqayıt”ın birinci qolunda penalti yox idi. Məğlub olsaq da, dördüncü pillə uğrunda mübarizə aparacağıq. Məğlub olmuşuq və bunun səbəbkarı mənəm. Əminliklə deyirəm ki, "Neftçi” öz sözünü deyəcək. Əsas hədəfimiz Avropa Liqasına vəsiqə qazanmaqdı. Ümid edirəm ki, buna nail olacağıq”.

Bu sözləri "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XVI tur matçından sonra deyib. Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- PFL prezidenti Ramin Musayev bu gün sizinlə bağlı növbəti açıqlama verib və cəzalandıracağını deyib. Bu məsələ haqda nə deyə bilərsiniz?
- Bu haqda çox söz-söhbət olub. Bu məsələlərə qayıtmaq istəmirəm. İnanın, mən oyuna iki gün qalmışdan mətbuatı oxumuram. Kim nə deyibsə, bu haqda danışmaq niyyətində deyiləm. Mənim işim meydançadadı və öz oyunumuz haqda danışmaq istəyirəm.

- Klub prezidenti istefa verdi və Kamran Quliyev bu posta təyin olundu. Rəhbər dəyişikliyi ilə bağlı nə deyə bilərsiniz?
- Komandanın idarə heyəti var və onların qərarına hörmətlə yanaşırıq. Əgər belə qərar verilibsə, bunu qəbul etməliyik.

- Kampasın sizə bir, sonradan başqa qiymətə təklif olunduğuna dair xəbərlər var. Bu, nə dərəcədə doğrudur?
- Mən heç bir menecer tanımıram. Öz bəyəndiyim, seçdiyim oyunçular olub. Amma heç biri gəlib mənə çatmayıb. Mən Kampasın cəmi bir oyununu görmüşəm. Ötən ilin dekabrında Antalyada canlı baxdıqdan sonra demişəm ki, gətirin. Mən hətta yerli futbolçuların nə qədər qazandıqlarını bilmirəm. Onun hansı məbləğə gəlməsindən xəbərsizəm.

- Kamran Quliyevlə nədən danışmırsınız?
- Söhbətimiz olub. Amma mətbuatda nələr yazıldığından xəbərsizəm. Oyun günü mətbuatdan uzaq oluram. Kamran müəllimlə komandanın strategiyası barədə danışmışam.

- Belə oyunla nəyə ümid edirsiniz?
- Komandanın oyunundan göründü ki, hər şey qaydasındadır. Məğlubiyyətin səbəbkarı mənəm.

- Rəşad Sadiqovun meydandan qovulmasını necə dəyərləndirirsiniz? Futbolçunun azarkeşə cavab qaytarması nə dərəcədə doğrudur?
- Hər bir azərbaycanlı qarşı tərəfə hörmətlə yanaşmalıdır. Kənarda elə söyüş söyürlərsə, biz xristian deyilik ki, sabahımızı söyüşlə açaq. O söyüş mənə də pis təsir etdi. Sadəcə, deyirəm ki, belə söyüş sizə yaraşmaz.

- Söyüşü söyən Ehtiram Şahverdiyevin atasıdır...
- Meydanda olan kənara çıxmamalıdır. Ağsaqqal insan o cür söyürsə, biz və polis göz yumacaqsa... Biz insanıq, azərbaycanlıyıq. Bizə belə şey yaraşmaz.

- Klubun yeni prezidenti Kamran Quliyevlə sizin aranızda münasibətin çox yaxşı səviyyədə olduğu deyilir. Dünənki söhbətdən davam, yoxsa tamam qənaətinə gəlmək olar?
- Nə olacaqsa, yaxın zamanlarda bilinəcək. (Report)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

Facebookdan bizi izləməyi unutmayın.
X