AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının XVI, I divizionun XIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Kəpəz”lə "Keşlə”nin əvəzedici heyətləri arasındakı oyunda "Keşlə"nin futbolçusu Oleq Hüseynov rəqib futbolçuya qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
I divizionun "Xəzər” - "Sabah” matçının 83-cü dəqiqəsində "Sabah”ın futbolçusu Şirməmməd Məmmədovun ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Futbolçu 1 oyunluq cəza alıb, klub 20 manat cərimə edilib.
MOİK isə "Turan Tovuz”la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 80 manat cərimə ödəyəcək.
Fanat.Az