16:10 21.02.2018 1640

Hüseyn Cəbrayıloğlu: "Cənub futbolunda durum çox bərbaddı"

Son günlər "Xəzər Lənkəran"ın qayıdacağı, Bakıdan gedən nümayəndənin İstanbulda Mübariz Mənsimovla görüşdüyü haqda söhbətlər dolaşmaqdadı. Bəs son durum necədi? Belə bir ehtimal varmı? 

Məsələ ilə bağlı "Xəzər Lənkəran"ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə danışdıq. Həmkarımız açıqlamasında bununla yanaşı, Lənkəran futbolunun son durumu, stadionun vəziyyəti, uşaq komandalarının məşqləri ilə bağlı da danışdı.

"Hamısı boş söhbətdi. Konkret qərar yoxdu. "Xəzər Ləkəran"ın akademiyası fəaliyyət göstərir. Mən də stadiondayam. Nə komanda yaranması, nə mövsümə hazırlıqla bağlı qərar var. Rəhbərlik hər ay İstanbula gedir, görüşürlər, bu ənənəvi bir şeydi. Şirkətin burda nümayəndəliyi var. Nəzdində otel, idman kompleksi fəaliyyət göstərir. Normaldı, hər ay söhbətlər gedir. Amma yeni heç nə yoxdu".

Hüseyn bəy Lənkəran futbolunda son duruma da toxunub: "Nəinki Lənkəran, deyərdim ki, cənub futbolunda durum çox bərbaddı. Əvvəl bizim avtobuslar Cəlilabada, Astaraya gedirdilər, ordan uşaqları yığıb məşqə gətirirdilər, sonra qaytarırdılar. Təsəvvür edin, hər gün bu proseslər gedirdi, 3 avtobus adam yığırdılar. Üstəlik, hamısı geyim dəstləri ilə təmin olunurdu. Bundan başqa, həmin rayonlarda - Biləsuvarda, Masallıda məşqçilər təyin olunurdu və onlara maaş verilirdi. Gələ bilməyənlər elə orda məşq keçirdilər. 17-19 yaşlılar bazada qalırdılar.  Gündə 3 dəfə qidalanırdılar. Təsəvvür edin, indi bunların heç biri yoxdu. Astarada, Biləsuvarda futbol rəsmən "ölüb". Hazırda akademiyada yalnız Lənkərandan olan, 4 yaş qrupu üzrə, 100-ə yaxın uşaq var.  AFFA-nın U-17, U-19 və U-13 çempionatlarında oynayırlar. 12 yaşlılar var ki, onları da hələ çempionata hazırlayırıq. Hazırda ən böyük yaş qrupu "17-lər"di. Problem də bundadı ki, onlar böyüyəndən sonra nə edəcək? Düzdü, klublar onları izləyir, kim daha perspektivlidisə gedəcək. Başqa klublara bu şəkildə xeyli futbolçu vermişik. Amma ən pisi nədi? Bu işin başqa tərəfidi. Gedənlər də geri qayıdır. Elə uşaq var ki, Bakıda qala bilmir. Vaxtında yemək yeyə, dərsə gedə bilmir. Ancaq məşqə gedib-gəlirlər. Normal qidalanma da yoxdu. Hamısı zəncirvaridi. Uşağa 150 manat maaş verirlər. Deyir ki, o da marşurtda bitir. Məşqən çıxır şirniyyat, meyvə şirəsi alır, 150 manat bir həftəni ancaq görür. "Xəzər Lənkəran" kimi bölgə komandası olmayıb. Heç "Kəpəz"də görün Tovuzdan və digər yaxın bölgələrdən futbolçu var? Ən perspektivlilər oynayır. "Qarabağ"ın aşağı yaş qruplarına xeyli uşaq vermişik. "Xəzər Lənkəran" son 2 ildə öz yetirmələrinin hesabına oynadı. Başqa cür mümkün deyildi".

Klub rəsmisi qazonun vəziyyətini də anladıb: "Normaldı, həvəskar liqa komandaları, o cümlədən regional liqada oynayanlar xahiş edir, biz də şərait yaradırıq. Onların da liqasından baş açmaq olmur, 3 aydanbir oynayırlar. Amma qazona baxılır. Ota qulluq edən texniki heyət hamısı yerindədi. "Kəpəz"də qazon yeni salınıb. Amma şəkillərlə, televeziya görüntüsü fərqli idi. Bizdə indi də qazonun rəngi yaşıldı. Bəzi yerlərdə kiçik saralmalar ola bilər. Mart ayında torpaq canlanacaq, hər şey qaydasına düşəcək. Ən vacibi qışda və yayda meydançanı qorumaqdı. Görək də necə olacaq. AFFA-nın başı qarışıb prezident oyunlarına. Bunu ora təyin edir, onu da bura. Bölgələr yada düşmür".

Mənbə: Sport7.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:54

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı - YENİLƏNIR

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:45

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

Facebookdan bizi izləməyi unutmayın.
X