Topaz Premyer Liqasının XVII turunda "Neftçi"ylə səfərdə qarşılaşacaq "Zirə"nin iki futbolçususundan gələn xəbər qəsəbəliləri sevindirib.
Fanat.Az xəbər verir ki, qapıçı Anar Nəzirov və müdafiəçi Jozef Bum kollektiv məşqlərə qoşulub. Oyun praktikasından əziyyət çəkən hər iki futbolçunun adı "Neftçi" ilə oyunun iştirak ərizəsinə salınacaq.
"Qəbələ" ilə oyundakı insidentə görə AFFA tərəfindən 2 oyunluq cəzalanan Riçard Qadze və Sadio Tounkara ilə yanaşı, sarı vərəqə limitini dolduran Milan Duriç də matçı buraxacaq. Baş məşqçi Ayxan Abbasov da Qəbələdəki stadionun dəhlizində nalayiq ifadələr işlətdiyinə görə 3-ü şərti olmaqla 5 matçlıq diskvalifikasiya edilib.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Neftçi" - "Zirə" görüşü 18:00-da başlayacaq.
Fanat.Az