10:59 24.02.2018 1704

Azərbaycan futbolundan 3,6 milyon yeyən adamın yalanları

Bu ay Bernard Lippertin Azərbaycanda fəaliyyətə başlamasının 10 ili tamam olur. Elə bu məqsədlə alman mütəxəssis prosport.az-a müsahibə verib.
 
AFFA-nın texniki direktoru fəaliyyətindən, buradakı yaşayışından danışıb. Aylıq 30 min avro maaş alan, deməli, 10 ilə 3,6 milyon avronu qamarlayan, əvəzində demək olar, heç bir iş görməyən bu şəxs fəaliyyətindən bəh-bəhlə bəhs edib.
 
"AFFA-nın baş katibi Elxan Məmmədov Almaniyaya gəlmişdi. Federasiya yerli futbolda alman üsulundan istifadə etmək qərarı vermişdi. Bunun üçün Almaniya Futbol İttifaqına müraciət edilmişdi. Orada AFFA-ya təxminən on nəfərin namizədliyi verilmişdi. Həmin namizədlərin içində də mən var idim. Elxan müəllimlə ilk söhbətimiz müsbət alındı. Mənə deyildi ki, istəyirsənsə, ilk növbədə işləyəcəyin Bakını gör, sonra qərarını ver. Gəldim, gördüm ki, Bakı işləmək üçün gözəl yerdir. Başlanğıcdan buranı özüm üçün isti bir yer kimi hiss etdim. 13 illik "Ayntraxt” karyeramdan sonra işsiz idim. Qərara gəldim ki, təklifi müsbət dəyərləndirim”.
 
Göründüyü kimi, salona mebellərə baxmağa gedən Məmmədova ortada qalan birisini təklif ediblər. Həmin mebel 10 ildi qonaq otağına yerləşdirilib. İstifadə müddəti çıxdan bitsə də, ölkədə daha yaxşı məhsullar istehsal edilsə də, faydasız, nimdaş kreslonu çölə atmaq kiminsə yadına düşmür.
 
"Əvvəlcə buraya idman direktoru kimi gəlmişdim. İdman direktoru işi isə bir ili yox, uzunmüddətli planı özündə ehtiva edir. Sonra mənə U-17, daha sonra U-21 millisi həvalə olundu. U-17-də işlərim daha yaxşı alındı və Avropa çempionatının elit mərhələsinə yüksələ bildik… Mənim burada uzun müddət qalmağım AFFA rəhbərliyindən daim dəstək görməyimlə bağlıdır”.
 
Əslində, Lippert mütəxəssisdən daha çox digər özəlliklərinə görə AFFA-dadı. Ölkədə uşaq futbolu, aşağı yaş qruplarından ibarər millilər elə Lippertin çalışdığı dönəmdə ən pis vəziyyətə düşüb. Elit mərhələyə düşməyi İlam Kərimov, Arif Əsədov və başqa yerli məşqçilər də bacarmışdı – bu, böyük nailiyyət deyil. Bundan ötrü yüksək ödənişli almanı saxlamağa gərək yoxdu. Lippert AFFA-ya daha çox biznes əlaqələrinin qurulması üçün lazımdı. Almaniyadan vecsiz milliləşənlərin gətirilməsi üçün Lippert vasitəçi rolunu oynayıb, onların isə heç birindən fayda görməmişik, hamısı 1-2 ilə sıradan çıxıb. Əvəzində Bernardın Frankfurtdakı otelləri AFFA rəsmilərinə xeyli pul qazandırıb. Bu ölkədə təşkil edilən təlm-məşq toplanışlarına xərclənən pulların bir qismi məhz bu yollarla sonradan ciblərə qayıdırdı. Hətta elə vəziyyət idi ki, milli komanda qonşu ölkələrə gedəndə də Frankfurta yollanır, oradakı məşhur oteldə 1 gün qalır, sonra fərqli məkana yollanırdı.
 
"Buraya yeni gələndə mənzildə qalırdım. Bu, mənə sərf etmirdi. Orada qaldığımdan çox, işimlə bağlı xaricdə olurdum. Hoteldə isə ancaq qaldığın günün pulunu verirsən. Nə qədər qəribə də olsa, maddi baxımdan hoteldə qalmaq mənzildə yaşamaqdan daha ucuz başa gəlir. Üstəlik, mənə güzəşt edilir. Paltar yumaq, səhər yeməyi hazırlamaq, evi silib-süpürmək kişilərə yaddır. Hoteldə bunların hamısını edirlər. Mənzildə qalanda isə bunları özün etməli olursan. Hoteldə qalmaq kommunal ödənişlər baxımından əlverişlidir. Ay ərzində 4-5 dəfə gəlib pul istəyirlər. Bir dəfə işıq pulu üçün 10 manat ödəmişəm. Xaricdə toplanışdan gəldikdən sonra görmüşəm ki, işıq yoxdur. Hətta tualetə də şamla getmişəm. Qaz və suyun kəsildiyi, kanalizasiyanın tutulduğu hallar da olub. Hoteldə isə belə problemlər olmur”.
 
Lippertin rahatlığı üçün AFFA bu xərcə də razı olub. Maaşı öz yerində, alman üçün xüsusi hotel otağı da tutulub. 10 il ərzində kiminsə otel xərclərini qarşılamaq bilirsiz nə deməkdi? 400-500 manatlıq kirayə mənzili özünə uyğun bilməyən Bernard bununla AFFA-nın büdcəsini dağıtmağı daha məqsədəuyğun sayır. Bakıdakı hotellərin qiymətini özünüz düşünün.
 
"Bu rəqəm düz deyil, şişirdilib. Sözsüz, heç kim acqarına işləmir. Ölkəmi ac qalmaq üçün tərk etməmişəm. İşimin müqabilində maaş alıram. Mətbuatda qeyd olunan rəqəmdən söhbət gedə bilməz”.
 
Lippert aylıq 30 min avro maaş alması barədə suala cavab verərkən belə deyib. Biz də yalan dediyini iddia edirik. Yalan məlumatdısa, buyurub, doğrusunu açıqlasın. Bəli, ölkəsini ac qalmaq üçün tərk etməyib, amma işinin faydası yoxdursa, cəhənnəm olub getməlidi. İşinin milli komandaya futbolçu yetişdirmək olduğunu deyən Lippert, görəsən, adını çəkə bilər? Cihan Özkara, Əli Gökdəmir, Ufuk Budak, Uğur Pamuk, Tuğrul Erat və onlarla lazımsız milliləşənlər? Onun vaxtında aşağı yaş qruplarına dövlətin pulunu havaya sovurmaqla 100-dən çox əcnəbi gətirilib. Onlar indi haradadı?
 
"Mətbuatda legionerlərin ölkəyə gətirilməsində mənim rolumun olduğu bildirilsə də, bunların mənimlə yaxından-uzaqdan əlaqəsi yoxdur”.
 
Gözünün içinə kimi yalan deyir. Bütün menecerlərin bu futbolçularla təmasını o yaradıb və həmin oyunçular zaman-zaman müsahibələrində bunu qeyd ediblər.
 
"Azərbaycan musiqilərinə qulaq asmışam, hətta Şəkidə toyda oynamışam da. Xalq musiqilərinin hamısına qulaq asmasam da, bəziləri var ki, adama zövq verir”.
 
Bəli, yalnız Şəkidə toyda ola bilərsiz, cənab Lippert. Ağa deyir sür dərəyə, sür dərəyə.

Mənbə: Futbolinfo.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
20:09

Avropa Liqası: "Sabah" - "Sele" oyununda 2-ci qol - YENİLƏNIR

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X