21:18 25.02.2018 1523

Qurban Qurbanov: "Narahatlığın səbəbi nədi, bilmirəm..."

"Rəqibə uğurlar arzulayıram, Yunis Hüseynov yaxşı komanda formalaşdırıb. Bu oyunda xal itirə də bilərdik. Şükür ki, hər şey yaxşı nəticələndi. Oyundan öncə də uşaqlara demişdim ki, müdafiə olunan komandalarla oyun çətin olur. Komandam təbrik edirəm. Uşaqlar tapşırıqlarımı tam yerinə yetirdi”.
 
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Topaz Premyer Liqasının XVII turunda doğma meydanda "Kəpəz”lə qarşılaşan lider 1:0 hesablı qələbə qazanıb. Matçdan sonra fikirlərini açıqlayan Qurbanov sualları da cavablandırıb.

- Komanda qış fasiləsindən sonra 3 oyuna 2 qol vurub...
- Artıq bütün komandalar müdafiə oluna bilir. İkinci hissədə demək olar 20 oyunçu rəqibin cərimə meydançasının yanında idi. Az qol vurulması normaldı. Bütün komandalar bizə qarşı bugünkündən də ciddi hazırlaşacaq. Biz öz işimizi daha da inkişaf etdirməliyik. Futbolçuların bütün fikri oyunda olmalıdı. Xal itirməyə də hazır olmalıyıq. Belə nəticələr futbolçuları daha da diqqətli edir.

- Bir gün öncə əsas rəqibiniz "Qəbələ” məğlub oldu. Bu, komandanın bugünkü oyununa nə dərəcədə təsir etdi?
- Rəqibin nəticəsi bizim oyunumuza təsir etmir. Biz öz oyunumuza köklənməliyik.

- Komandanın az qol vurmasında Ndlovunun yoxluğunun nə dərəcədə rolu var?
- Ndlovu ilə bağlı çox sual verilir. Narahatlığın səbəbi nədi, bilmirəm. Bu gün "Qarabağ”da mənim güvəndiyim futbolçular qalıb. Kim qalmaq istəyibsə, komandadadı. Ən yaxşı vaxtımızda belə ən zəif rəqibə uduzduğumuz olub. Komandadakı oyunçulardan narazı deyiləm. Bu gün qolu Mahir Mədətov vurdu. Keçən oyunda da o fərqlənmişdi. Burdan kim gedibsə, narazı yola salmamışıq. Hamısına uğurlar arzulamışam. Sonrakı oyunlarını izləyir, uğurlarına sevinirəm. Nə qədər yaxşı oynasalar, bizim adımız hallanacaq. Narahat deyiləm. Bizim oyun üslubumuz belədi. Gəlin, bu komandada qalan futbolçuların əziyyətini yerə vurmayaq. Sabah ən gözləmədiyiniz futbolçu belə komandanı tərk edə bilər. Ancaq bu, heç nəyi dəyişməyəcək.

- Qolu Mahirin vurduğunu dediz. Ancaq PFL-də Almeydanın adı qeyd edilib. Mahir bombardirlik uğrunda mübarizəni davam etdirir. Bu qolu kimin vurmasının sizin üçün əhəmiyyəti var?
- Mənim üçün heç bir fərqi yoxdu. Məncə, ikisi eyni anda qapıya daxil oldu (gülür).

- Mahir Mədətov əvəzlənəndə onu alqışladız. Azarkeşlər də onun adını çağırırdılar. Özü isə bir qədər kefsiz görünürüdü…
- Mən onda belə bir şey hiss etməmişəm. Bəlkə, daha yaxşı çıxış etmək istəyir. Son vaxtlar məşqlərdə daha çox çalışır. Hələ tam ideal formada deyil. Bu yaşda futbolçunun fikri tez-tez dəyişə bilər.
 
Mənbə: apasport

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X