UEFA-nın "HatTrick V” inkişaf layihəsi çərçivəsində milli federasiyalara ayıracağı məbləğ müəyyənləşib. Fanat.Az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun Slovakiyanın paytaxtı Bratislavada keçirtlən Konqresində qərar qəbul olunub.
Qərara əsasən, 2020-2024-cü illərdə bu proqram çərçivəsində federasiyalara 775,5 milyon avro (1 milyard 623 milyon 276 min 600 manat) ayıracaq. Bu isə hər federasiyanın 4 il ərzində 14,1 milyon avro (29 milyon 514 min 120 manat) alması deməkdi. UEFA-nın üzvü olan AFFA da eyni məbləği alacaq.
Fanat.Az