"Qarabağ” qan yaddaşımızın səhifələrindən biri Xocalı faciəsini unutmayıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, hər zaman xüsusi məqamlara diqqətlə yanaşan vitse-prezident Tahir Gözəl bu gün komanda ilə görüşüb.
Görüş Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş 1 dəqiqəlik sükutla başlayıb.
Daha sonra Gözəl həm Azərbaycan, həm də ingilis dillərində 26 il bundan əvvəl baş verən Xocalı faciəsi haqda ətraflı danışıb və futbolçulara geniş məlumat verib.