AFFA İntizam Komitəsinin iclası keçirilib. Fanat.Az xəbər verir ki, bu gün baş tutan iclasda Premyer Liqanın XVII turundakı neqativ hallar hüquqi qiymətini tapıb.
Toplantıda yalnız "Neftçi” – "Zirə” qarşılaşmasına yer ayrılıb. Matçın 76-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan qonaqların futbolçusu İlkin Muradov 1 oyunluq cəzalandırılıb, klub isə 200 manat cərimə olunub.
"Zirə" əvəzedici heyətinə görə də cərimələnib. "Neftçi" ilə oyunun 42-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydanı tərk edən Milad Bayramov 1 oyun cəza alıb, klubunun 100 manat cərimə edilməsinə səbəb olub.
Fanat.Az