17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının martın 3-dən 9-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, hazırlıq çərçivəsində yığmamız Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoldaşlıq oyunu keçirəcək. Tərəflər martın 6-da saat 16:00-da "Dalğa Arena”da, martın 8-də isə saat 11:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşacaq.
Fanat.Az