"Pis oynamadığımızı düşünürəm. İki dəfə hesabda geri düşsək də, tarazlığı bərpa etdik”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.
Topaz Premyer Liqasının XIX turunda rəqib meydanında "Neftçi” ilə üz-üzə gələn paytaxt təmsilçisi 2:3 hesabıyla yenilib. Matçın ardından fikirlərini bölüşən ukraynalı istefasına eyham edib: "Yaxşı oynasaq da, sonda 3-cü qolu buraxdıq. Öz səhvimi etiraf etmək istəyirəm. Denis Silvanı dəyişməyim yanlış qərar idi. Günah məndədi. Futbolçular layiqli şəkildə mübarizə apardılar. Emosiyalarıma qapılıb, başqa sözlər demək istəmirəm. Ola bilsin, bu, mənim sonuncu oyunum idi. Hər birinizə "sağ ol” deyirəm”.
Fanat.Az