Clubworldranking.com saytı dünyanın ən güclü klublarının növbəti reytinq siyahısını açıqlayıb. Fanat.Az xəbər verir ki, siyahıda Azərbaycanın 4 komandası yer alıb.
Hesabında 1169 xal olan "Qarabağ” təmsilçilərimiz arasında yenə birincidi. Son açıqlanan siyahı ilə müqayisədə 2 pillə irəliləyən Ağdam klubu 536-cı sırada qərarlaşıb.
368 xala malik "Keşlə” 758-ci yerdə qərarlaşıb. "Qəbələ” 255 xalla 807-cı pillədədi. "Zirə”nin isə 217 xalı var. Paytaxt təmsilçisi planetin 826-cısıdı. Bu klublardan müvafiq olaraq 2, 1 və 5 pillə irəliləyiblər.
Fanat.Az