"Neftçi”nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb.
Fanat.Az xəbər verir ki, müdafiəçi Topaz Premyer Liqasının 19-cu turunun "Keşlə” ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran topun müəllifi olub. Bu qol Ruslanın Azərbaycan çempionatlarında 20-ci qoludur. O, özünün 226-cı matçında buna nail olub.
Abışov bu qollardan yarısını "Neftçi”nin heyətində rəqib qapısından keçirib. "Ağ-qaralar”ın kapitanı yetirməsi olduğu komandada 142-ci çempionat matçında "10”a çatıb.
Ruslan "Neftçi”nin tarixində 33-cü futbolçudu ki, Azərbaycan çempionatında 10 və daha çox qol vurub.
Qeyd edək ki, Ruslan cari mövsümdə 3-cü qoluna imza atıb.
Fanat.Az