Topaz Premyer Liqasında XX turun oyunlarına bütün təyinatlar açıqlanıb. Fanat.Az xəbər verir ki, açılış oyununu FIFA referisi Ömər Paşayev idarə edəcək.
O, "Keşlə" - "Qəbələ" matçında iş başında olacaq. Beynəlxalq dərəcəli digər baş hakim Əliyar Ağayev isə turun son qarşılaşması olan "Sumqayıt" - "Kəpəz" görüşünə göndərilib.
13 mart
"Keşlə” – "Qəbələ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"İnter Arena”, 15:30 ("CBC Sport"/ canlı)
14 mart
"Zirə” – "Səbail”
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Fazil Mürşüdov
Zirə İdman Kompleksinin stadionu, 17:00
"Neftçi” – "Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
"Bakcell Arena”, 18:00 ("CBC Sport"/ canlı)
"Sumqayıt” – "Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Elşən Acalov, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
"Kapital Bank Arena”, 20:00 ("CBC Sport"/ canlı)
Fanat.Az