İspaniya Sequndasında XXXI turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Eddi İsrafilovun yeni komandası "Alkorkon” səfərdə "Luqo” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Uzun müddət idi zədəli olan Eddi bu görüşdə yeni komandasında debüt edib. Millimizin üzvü 68-ci dəqiqədə meydana buraxılıb. O, 83-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, aktivində 35 xal olan "Alkorkon" 18-ci pillədə qərarlaşıb.
Fanat.Az