Milli komandanın oyunları ilə əlaqədar futbol üzrə Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Keşlə” klubu yoxlama görüşü keçirəcək.
Fanat.Az xəbər verir ki, Yuri Maksimovun rəhbərlik etdiyi kollektiv çempionatın ikinci pilləsində qərarlaşan "Qəbələ" ilə qarşılaşacaq.
Martın 24-də "Bakı" klubunun Təlim-Məşq Bazasında baş tutacaq oyun saat 15:00-da start götürəcək.
Fanat.Az