11:05 25.03.2018 3942

Yoxa çıxan uşaqlar

İlqar Tağıyev

U-15 LİQASINDA OYNAMALI OLAN HƏR 5 UŞAQDAN 4-Ü FUTBOLU ATMALI OLUR

Hər il olduğu kimi bu il də AFFA özünün növbəti, bu dəfə 25-ci konfransını keçirdi. Rəhbər şəxslər qurumun illik gəlirlərini, xərclərini ictimaiyyətə açıqladı, görülən işlər barədə məlumat verildi, futbolumuzun 2017-ci ildəki uğurlarından danışıldı. Futbolumuzla yaxından-uzaqdan əlaqəsi olmayan istənilən şəxs konfransda iştirak etsəydi, onda belə bir təsəvvür yaranardı - Azırbaycan futbolunda hər şey qaydasındadır, özünün inkişaf dövrünü keçir, problemi-filan yoxdur və s. Təəssüf ki...

İnsaf naminə qeyd edək ki, konfrans yüksək səviyyədə təşkil olunmuşdu. 5 ulduzlu otelin konfrans zalı, hörmətli qonaqlar, geniş hesabat... və müxtəlif şəkillərlə, cədvəllərlə, qrafiklərlə bəzədilmiş nəfis tərtibatlı buraxılış. Məhz həmin buraxılışda futbolumuzun çatışmazlıqlarını özündə əks etdirən bir neçə faktla rastlaşdıq. Bir neçəsi uşaq futbolu ilə bağlı idi. Onlardan biri haqqında danışacağıq.

Buraxılışın 97-99-cu səhifələrində 2016/17-ci illər mövsümündə liqalarda çıxış edən futbolçuların davamiyyəti ilə bağlı məlumat yer alıb. Başağrısı olsa da, faktları təqdim etməyi lazım bilirik. Deməli, U-10 Liqasında həmin mövsüm iştirak edən 1686 uşaqdan 584-ü növbəti mövsüm karyerasını bitirib. Bu, 34,64 faiz itki deməkdir. Digər liqalarda da itki faizi ikirəqəmlidir: U-11 Liqasında 1662 futbolçudan 673-ü (40,5 faiz), U-12 Liqasında 1884 futbolçudan 814-ü (43,2 faiz), U-13 Liqasında 1958 futbolçudan 856-ı (43,7 faiz), U-14 Liqasında 1929 futbolçudan 1526-ı (79,1 faiz), U-15 Liqasında 307 futbolçudan 96-ı (31,3 faiz), U-16 Liqasında 283 futbolçudan 76-ı (26,85 faiz) və U-17 Liqasında 289 futbolçudan 129-u (44,65 faiz) növbəti mövsüm futboldan uzaqlaşıb. Başqa sözlə, 4754 uşaq və gənc yoxa çıxıb. Budur ölkədə uşaq futbolunun inkişafı? Kimdir günahkar, AFFA, klublar, yoxsa cəmiyyət? 

Rəqəmlərə fikir verdinizsə, ən acınacaqlı hal U-14 Liqasındadır. 2016/17-ci illər mövsümündə 14 yaşlılar arasında top qovan hər 5 uşaqdan yalnız 1-i bu mövsüm U-15 Liqasında oynayır. Birdən-birə bu qədər itkiyə səbəb nədir? Məsələ burasındadır ki, U-10 Liqasından U-14 Liqasına kimi yarışlar bütün respublika üzrə 6 regionda keçirilir. İstənilən klub, UİGM, İOEUGİM, RİOEUGFM və s. məktəblər yarışlara komanda buraxır və bu da futbolçuların sayının çox olması deməkdir. Zonalarda qalib gələn komandalar mövsümün sonunda final mərhələsinə vəsiqə qazanırlar və burada mükafatlar uğrunda mübarizə aparırlar. Təbii ki, yarışların təşkilatçısı AFFA-dır. Qurumun üzərinə düşən işin öhdəsindən gəldiyini deməmək haqsızlıq olar.

U-15 Liqasından başlayaraq çempionat fərqli sistemdə keçirilir. Daha dəqiq, komandalar 2-3 dövrəli birincilikdə qüvvələrini sınayırlar. Bu isə klublar, futbol məktəbləri üçün əlavə xərc (yol, yemək, geyim və s.) deməkdir. Məhz bu üzdən bir çox komandalar U-15 Liqasında iştirak etməyə maraqlı deyillər. U-14 Liqasında görünən həmin komandalar U-15 Liqasından imtina edincə, komandalar avtomatik ləğv olunur və uşaqlar futbolu buraxmaq məcburiyyətində qalırlar. Əsasən rayonlarda yaşayan nisbətən bacarıqlılar və bəxti gətirənlər karyeralarını Premyer Liqa klublarının nəzdindəki futbol akademiyalarında davam etdirirlər. Qalanları isə... 
 


Yaxınlarda AFFA-nın rəsmi saytında uşaq liqaları ilə bağlı belə bir xəbər yer almışdı. Xəbərin mətnini olduğu kimi diqqətinizə çatdırırıq: "AFFA-nın təşkil etdiyi Coca-Cola Məktəbli Kuboku, U-10, U-11, U-12, Coca-Cola U-13, U-14, Boulevard Hotel U-15, U-16, Bakcell U-17 və Gənclər liqalarında həftəsonu növbəti turun oyunları keçirilib. 252 qarşılaşmada 504 komanda üz-üzə gəlib və 7056 futbolçu bu oyunların iştirakçısı olub". İlk baxışdan gözoxşayan statistikadı. Amma heç bilirsiniz, 7056 futbolçudan neçəsi U-16 və U-17 liqalarında çıxış edib? Bu liqaları ona görə önə çəkirik ki, ən aşağı yaş qrupu millimiz U-16 və U-17 milliləridir. U-16 Liqasında cəmi 11 komandanın iştirak etdiyini, hər tur 1 komandanın istirahət etdiyini və hər komandadan bir oyunda 18 futbolçunun oynamaq imkanını nəzərə alsaq, futbolçu sayı maksimum 180 olacaq. U-17 Liqasında isə 12 komanda iştirak edir və tur ərzində ən çoxu 216 futbolçu oyunlarda iştirak edə bilər. Bu, 7056 futbolçunun cəmi 5 faizi deməkdir. U-17 Liqasında iştirak edən 12 komandanın birlikdə  uzağı 300 futbolçu sifariş etdiyini nəzərə alsaq, U-17 millimizin baş məşqçisi Ramin Quliyevin halına acımaq qalır. Çünki hər 10 futbolçudan biri U-17 millisinə düşür. Maraq üçün qeyd edək ki, son illər uşaq futbolu sürətlə inkişaf edən Avstriyada U-17 yığmasına seçim 4000-dən çox futbolçu arasında aparılır. 
U-15, U-16 və U-17 Liqalarında futbolçu azlığının səbəbi nədir? Bayaq qeyd etdiyimiz kimi, U-15 Liqasından başlayaraq çempionatın formatının dəyişməsi və xərclərin artması. Komandaların səfər, yemək, geyim, təşkilati və s. xərcləri artır ki, bunu da qarşılamaq asan olmur. Deyək ki, Premyer Liqa təmsilçiləri könüllü və ya məcburi şəkildə bu liqalara komanda buraxırlar, onların bütün məsrəflərini pis-yaxşı qarşılayırlar. Bəs, digər klublar, futbol məktəbləri? Bəzi futbol fədailərini çıxmaq şərtilə qalanlarının uşaq futbolu vecinə də deyil. Misal kimi Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən idman məktəblərini göstərə bilərik. Respublika üzrə bütün rayonlarda UGİM-lər fəaliyyət göstərir. Hər UGİM-nin nəzdində isə futbol bölməsi olmalıdır. Təəssüf ki, elə UGİM-lər var ki, futbola yer ayrılmayıb. Ayrılanlarda isə... "Vətən"i və 2-3 rayonu çıxmaq şərtilə qalanlarında görüntü xatirinə futbol komandaları fəaliyyət göstərir. Həftədə 2-3 dəfə məşq, forma əvəzinə "nakitkalar", çırıq toplar, savadsız məşqçilər... İlin sonunda isə rəhbərliyə görülən işlər barədə hesabat verilir. Bəs, görülməli olan və görülməyən işlərdən kim danışacaq? 

Kütləvilik bu deyil, əzizlərim! Peşəkar futbolun kandarı hesab olunan U-16, U-17 liqalarında komanda, futbolçu sayı artmasa, futbolçuların itki faizi azaldılmasa, kütləvilikdən, inkişafdan danışmağa dəyməz. İnkişafa, kütləviliyə nail olmaq istəyiriksə, ilk növbədə liqalara diqqət artırılmalı, keyfiyyət yüksəldilməli, problemlər aradan qaldırılmalıdır. Bu liqalara diqqət ürəkaçan deyil, keyfiyyət aşağıdır, problemlər yetərincədir. Məgər süni örtüklü meydanlar, qazonu bərbad olan stadionlar, hakim-inspektorların yoxluğu, futbolçu qıtlığı və s. problem deyil? Bəs, bu çatışmazlıqları necə aradan qaldırmaq olar? Təbii ki, AFFA, klublar, idmana və təhsilə cavabdeh olan dövlət qurumlarının birgə səyi ilə. Çünki hər biri futbolumuzun inkişafına borcludur.  

SSRİ dövründə hər ilin sonunda futbola cavabdeh qurumlar eynən AFFA kimi hökumətə hesabat verirdilər. Uşaq futbolunda itki 10 faizi keçirdisə və ya ikirəqəmli olurdusa, o halda həmin qurumun rəhbərlərinin halına acımaq qalırdı. Yəni, 100 futbolçudan maksimum 10-u digər yaş qrupuna keçiddə "yoxa çıxa" bilərdi. İndi isə... 80 faiz itki ilə hər şey gözəldir. Bircə bu gözəlliyi anlaya, duya bilsəydik...

"Het-trik news" qəzeti
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

Facebookdan bizi izləməyi unutmayın.
X