I divizionda çıxış edən MOİK-ə yeni baş məşqçi təyin edilib. Fanat.Az xəbər verir ki, "ordu klubu"na bundan sonra Azər Bağırov başçılıq edəcək.
PRO kateqoriyalı məşqçi bu postda Ramil Əliyev əvəzləyib. Sonuncu XIV turdan MOİK-ə başçılıq edirdi.
Azər Bağırov sabah rəsmən işinə başlayacaq. Yeni baş məşqçi bu gün komandaya təqdim olunub.
Qeyd edək ki, MOİK 20 turdan sonra 30 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Fanat.Az