AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva növbəti təyinat alıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, K.Mehtiyeva qadınlardan ibarət komandalar arasında Çempionlar Liqasının 1/4 final mərhələsində keçiriləcək "Linköpinqs” (İsveç) – "Mançester Siti” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma martın 28-də Linköpinq şəhərində baş tutacaq.
Fanat.Az