Topaz Premyer Liqanın XXI turunda "Zirə”ni qəbul edəcək "Kəpəz” oyuna itki ilə çıxacaq.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, zədəli Dedimar Ferreyra bu gün keçiriləcək matçda iştirak edə bilməyəcək. Müdafiəçinin diz bağlarında gərilmə var. Komandanın digər zədəli futbolçusu olan Kamran Abdullazadənin durumu isə yaxşıdır. O, dünən kollektiv məşqlərdə iştirak edib.
Qeyd edək ki, "Kəpəz” – "Zirə” görüşü saat 15:00-da başlayacaq.
Fanat.Az