İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kubokunda 1/8 final mərhələsinin oyunları baş tutub. Fanat.Az xəbər verir ki, qrup mərhələsində keçirdiyi hər üç qarşılaşmada qalib gələn "qırmızı-qaralar”ın U-13 komandası bu səddi də uğurla adlayıb.
"Qəbələ” 1/8 finalda Xorvatiyanın "Hayduk” klubunu mübarizədən kənarlaşdırıb. Oyunun gedişində Split təmsilçisi 2:0 hesabı ilə önə keçsə də, "qırmızı-qaralar” əzmkar qələbə qazanmağı bacarıb - 3:2.
"Qəbələ”nin heyətində Elmir Hüseynli, Okan Təhməzli və Şahin Şahniyarov fərqlənib. "Qırmızı-qaralar” daha bir qol vurmaq imkanı qazansalar da, penaltidən dəqiq istifadə olunmayıb. "Qəbələ” 1/4 finalda İsveçrənin "Mendrisiotto Selection” komandası ilə görüşəcək.
Qeyd edək ki, "Qəbələ” qrupda Bolqarıstanın "Sofiya Sport B” komandasına 14:0, İtaliya təmsilçiləri "Liventina”ya 11:0, "Ankona”ya 3:1 hesabı ilə qalib gəlib.
Fanat.Az