"Qəbələ”nin U-13 komandası İtaliyada keçirilən Qallini dünya kubokunda yarımfinal oyununu keçirib. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” İngiltərənin "Uimbldon” komandası ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Qırmızı-qaralar”ın qoluna Elmir Hüseynli imza atıb. Finalçının adına penaltilər seriyası aydınlıq gətirib. Zərbələri daha dəqiq yerinə yetirən ingiltərəlilər 5:4 hesablı qələbə qazanıb.
"Qəbələ” aprelin 2-də keçiriləcək 3-cü yer uğrunda oyunda Sloveniyanın "Bravo” komandası ilə üz-üzə gələcək. Yarışın qalibi adı uğrunda matçda isə "Uimbldon” və İtaliya "Udineze”si mübarizə aparacaq.
Fanat.Az