Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Rüfət Dadaşovun çıxıq etdiyi "Dinamo" "Moyzelvits"in qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Rüfət Dadaşov 39-cu dəqiqədə komandasının yeganə qolunu vurub.
Qeyd edək ki, "Dinamo" 23 oyundan sonra 46 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Berlin klubundan iki oyun artıq keçirən lider "Kottbus"un 64 xalı var.
Onu da qeyd edək ki, Rüfət Dadaşov cari mövsümdə 23-cü qolunu vurub. Bombardirlər yarışına başçılıq edən futbolçumuz ən yaxın izləyicisini 8 qol qabaqlayır.
Fanat.Az