"Sumqayıt"da yeni təyinat olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisinə yeni idman direktoru təyin edilib. Bundan sonra bu vəzifəni indiyədək Peşəkar Futbol Liqasında Texniki-İdman şöbəsinə rəhbərlik edən Zamiq Hüseynov tutacaq.
Qeyd edək ki, "Sumqayıt"ın idman direktoru Ceyhun Sultanov bir müddət əvvəl "Neftçi"yə idman direktoru təyin edilmişdi.
Fanat.Az