21:25 08.04.2018 1491

Samir Abasov: “Top-klublarla mübarizə apara bilmərik"

"Məlum məsələlərə görə həftəiçi vətəndə deyildim. Gələndən sonra uşaqlarla iclas etdik”. Bu sözlər "Sumqayıt”ın baş məşqçisi Samir Abasova məxsusdu.

"Gənclik şəhəri” təmsilçisi Topaz Premyer Liqasının XXII turunda qonağı olduğu "Neftçi” ilə qarşılaşmada 1 xala (2:2) sevinib.

Oyunsonrası mətbuat konfransında Abasov bu fikirləri səsləndirib: "Uşaqlara dedim ki, yaxşı ki, burda deyildim. Çünki yazılanları bilirik, futbolçular psixoloji təzyiq altındadılar. Bu gün oyun sistemini kənara qoymuşduq, bizə inananlar üçün meydanda idik. Yaxşı oynadıq, sadəcə, bəxtsizlikdən qol buraxdıq. "Neftçi” yaxşı komandadı, əla oyunçuları var. Amma əsas olan mənim komandamdı. Yaxşı kollektivə malikik, gördüyümüz iş göz qabağındadı. Düzü, çatışmayan cəhətlər var. Vaxt keçdikcə hər şey öz yerini tapacaq”. 

- Fərhad Vəliyevlə Rail Məlikov olduğu yerdə kapitan sarğısını Cavid İmamverdiyevə həvalə etmişdiniz...
- Kapitanlığı özüm verdim. Bu oyunun yükünü Cavidə yükləmək istədim. Ötən görüşdə Caviddən narazı qaldım, amma ruhdan düşməmək üçün bu gün ona kapitan sarğısını həvalə etdim. Məncə, düzgün addım atmışam. 

- Matçdan sonra komandanızı toplayıb "Neftçi” azarkeşlərini alqışladınız. Bu addımı nəyə görə atdınız?
- Bütün azarkeşlərə ehtiyacımız var. Bu gün "Neftçi”nin azarkeşləri oyuna rəng qatdılar. Azərbaycan azarkeşlərini qorumaq lazımdı. 

- Görüşün 85-ci dəqiqəsində top rəqib futbolçunun əlinə dəydi və etiraz etdiniz...
- Mən topun futbolçunun əlinə dəydiyini gördüm. Əgər referi bunu görməyibsə, mən heç nə deyə bilmərəm. 

- Mövsümün sonunda "Sumqayıt”dan bir neçə futbolçunun ayrılacağı söylənilir. Bu durum sizi narahat etmir?
- Bu, "Sumqayıt”ı narahat etməlidi. Yəqin ki, rəhbərliyimiz addım atacaq. Amma bu dəqiqə pul hər şeyi həll edir, biz top-klublarla mübarizə apara bilmərik. Çətin olsa da, rəhbərlik əlindən gələni etməlidi. 

- Rəşad Eyubov oyunun gedişində meydanı tərk etdi...
- Rəşadın problemi var idi, gözləyə bilməzdi. Bundan başqa, onu əvəzləməyi planlaşdırırdıq. (Apasport.az)

Fanat.Az 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

Facebookdan bizi izləməyi unutmayın.
X