"Neftçi" Ruslan Abışovun xidmətindən məhrum olub. Fanat.Az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov kapitanın xidmətindən "Zirə" ilə oyunda istifadə edə bilməyəcək.
Buna səbəb Ruslanın cəzalı duruma düşməsidi. "Sumqayıt"la matçda mövsümün 4-cü "sarı"sını alan kapitan limiti doldurub. Maraqlıdı ki, mövsümün ilk sarı vərəqəsini ilk dövrədə "Qəbələ" ilə oyunda olan Abışov "Sumqayıt"la son 3 oyunda cəzalanıb.
Fanat.Az