"Neftçi”nin U-12 komandasının iştirak etdiyi Türkiyənin İzmir şəhərində keçirilən "İzmir Cup” beynəlxalq turnirinə yekun vurulub.
Fanat.Az Bakı təmsilçisinin saytına istinadən xəbər verir ki, "ağ-qaralar” B qrupunda İtaliyanın "Sampdoriya” (0:1), İsveçin "Brommapoykarna” (0:2), İspaniyanın "Atletik” (1:3), Türkiyənin "Bucaspor” (0:2), "Fənərbaxça” (1:2) və "Altınordu Lacivert” (0:1) klubları ilə qarşılaşıb.
Növbəti qrup mərhələsində Küveytin "Əl-Ərəbi” (1:1, 0:1) və Azərbaycanın digər təmsilçisi "Qəbələ” (1:1, 2:2) klubları ilə üz-üzə gələn "Neftçi” ardınca "İzmirspor”u (Türkiyə) məğlub edib – 1:0. "Ağ-qaralar" turnirin son günündə Kosovonun "El Klassiko” (1:0) və Türkiyənin "Karşıyaka” (0:0, 4:3 – pen.) klublarını məğlub edib.
"Neftçi”nin heyətində Erik Liam 3, Emil Qasımzadə 2 qola imza atıb. Səbuhi İmaməliyev, Lorenzo Mezzotero və Murad Məmmədov isə hərəyə bir dəfə fərqləniblər.
Qeyd edək ki, 56 komandanın iştirak etdiyi turnirin qalibi Hollandiyanın "Alkmaar” klubu olub.
Fanat.Az