22:47 15.04.2018 1484

Tərlan Əhmədov: "O, mən istəyən kimi oynamır"

"Kubok oyunundan sonra fikirləşirdim ki, ağır olacaq. Çünki təbii ot örtüyündən süniyə keçid istənilən halda, problem yaradır. Mümkün qədər səhvsiz oynamağa çalışırdıq. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Futbolçularımı təbrik edirəm.  Birinci hissədə də bunun şahidi oldum. İkinci hissədə isə üstünlük qazandıq. Futbolçular qabağımıza hansı məqsəd qoyduğumuzu yaxşı dərk edirdi”. Fanat.Az-ın məlumatına görə, bu sözləri "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının XXIII turunun "Zirə” ilə oyunundan sonra mətbuat konfransı keçirən mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

 

- "Qəbələ” ilə cavab oyunu barəsində nə deyə bilərsiz?

- Hələlik üstünlükdən söhbət gedə bilməz. Hər şey ayın 18-i həllini tapacaq. Şanslar bərabərdi.

 

- Uzun müddət idi ki, "Zirə”ni məğlub edə bilmirdiz. Bu, əlavə motivasiya verdimi tilsimi qırmaq üçün?

- Elə yanaşmıram. Çünki çempionatda da "Sumqayıt” arzuolunmaz rəqib idi. Bütün oyunlar eynidi. Rəqibləri fərqləndirmirik. İşlədiyimiz klub "Neftçi”di, harda olduğumuzu dərk etməliyik. Futbolçular da bilirdi ki, çoxdandı qalib gələ bilmirik "Zirə”yə. Bu gün gördüyümüz işlərin bəhrəsini gördük sadəcə.

 

- İlk dəqiqələrdə rəqib təzyiq edirdi. Qırmızı vərəqə işinizi asanlaşdırdımı?

- O vaxta qədər artıq öndəydik. Hadisələrin gedişatını bilmək olmaz. Qırmızı verilibsə, deməli hakimlər qırmızı olduğunu düşünüblər. İlk dəfədi ki, penal vurduq, buna əlavə sevindim. Futbol səhvlər oyunudu. Məcburuq ki, rəqibin səhvlərindən faydalanaq.

 

- Komanda istədiyimiz kimi oynadı, ya çatışmazlıq var idi?

- Heç kim deyə bilməz ki, çatışmazlıq yoxdu. Oyundan-oyuna səhvləri azaltmağa çalışırıq. Daha da yaxşı olmalarını istəyirəm. Ancaq istədiyim kimi olmaları üçün, 8 ay yox, bundan sonra hələ 1 il də lazımdı.

 

- Deyəsən, Qatodan narazı qalmışdız... Onu Meza Kolli ilə əvəzlədiz...

- Qato mən istəyən kimi oynamır, ona görə də, aqressiv idim ona qarşı. Mən komanda oynuna üstünlük verirəm. Fərdi ouyun ancaq cərimə meydançasında olar. Səhvlər edir, qalanların əməyini yerə vurur. Məcbur oldum dəyişdim. İki gündənbir oyun olur, az müddətdi bu. Təbiidən süniyə iki günə keçid də azdı, məcbur oldum bəzi oyunçulara istirahət verdim. Bizi ağır oyun gözləyir.

 

- Abışovun yoxluğunda Sadiqov mərkəz müdafiəçisi mövqeyində oynayır. Bu sizə əlavə çətinlik yaradır?

- O, universaldı. Antalyada sağda oynatdım, alındı, yaşı da elədi ki, təcrübəsi bəs edir. Qışda ancaq yarımmüdafiəçi və hücumçu götürdük. Müdafiədəkilərin oyunu məni qane edir. Rəşad, Ruslan, Petrov – hər üçü. Seçim etmək çətindi. Rəşaddan razıyam.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X