Ukrayna Premyer Liqasında XXVII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya” da növbəti matçına çıxıb. Pavelin "ikinci altılıq"da oynayan komandası "Olimpik Donetsk”lə üz-üzə gəlib.
Elitada qalmaq uğrunda çarpışanların duelində qolsuz bərabərlik qeydə alınıb. Oyuna start heyətində başlayan Paşayev 90 dəqiqə tər töküb.
Qeyd edək ki, 30 xal yığan "Aleksandriya” "ikinci altılıq”da 2-ci pillədədi.
Fanat.Az